backend

Trampın “erməni faciəsi” nitqinə Türkiyədən – Cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Trampın 1915-ci il hadisələri ilə bağlı sözləri informasiya çatışmazlığından irəli gəlir. 

Donald Trampın 1915-ci il hadisələri ilə bağlı sözləri informasiya çatışmazlığından irəli gəlir.

TİA.AZ xəbər verir ki, bu barədə bəyanatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Ankara ABŞ rəhbərliyini birtərəfli tarixə etibar etməməyə çağırıb:

“ABŞ-ın yeni rəhbərliyi bütün tərəflərin kədərini diqqətə alan yanaşma sərgiləməlidir. Birinci Dünya savaşı dövründə həyatını itirən Osmanlı ermənilərinin bu il də İstanbul Erməni Patriaxtlığında təşkil edilən tədbirlə haqq edilən şəkildə anıldıqlarını ABŞ rəhbərliyinə xatırladırıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu tədbirdə səsləndirdiyi mesaj Türkiyənin bu məsələyə yanaşma tərzini ortaya qoyur”.

Qeyd edək ki, ötən gün D.Tramp qondarma erməni soyqırımının 102-ci ildönümü ilə bağlı çıxışında “böyük faciə” sözünü işlətsə də, “soyqırım”ifadəsindən imtina edib.