Trampın dövlət katibi hədəfi açıqladı: İRAN

Trampın dövlət katibi hədəfi açıqladı: İRAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qalib gəlməsi İranda belə bir ümid yaratmışdı ki, bundan sonra Ağ Evlə münasibətləri qismən də olsa yumuşaltmaq mümkün olacaq. Tribunainfo.az xəbər verir ki, bunu İranın keçmiş və indiki hökumətləri də dolayısı ilə dilə gətirirdilər.

Lakin seçkilərdən sonra məlum oldu ki, Tehranın ümidləri boşunadır. Çünki həm Tramp, həm də onun dövlət katibi Mark Rubio tamamilə tərs mövqe sərgilədilər.

Tramp mediaya açıqlamasında bəyan etdi ki, İrana hərbi müdaxilə mümkündür. O qeyd etmişdi ki, Tehranla ortaq dil tapmaq çətindir.

Gələcək dövlət katibi Mark Rubio isə bəyan edib ki, Tramp administrasiyasının bir nömrəli hədəfi İrandakı mövcud rejimi devirməkdir.