“TRAMPIN DEDİKLƏRİNİ PREZİDENTİMİZ 7-8 İL ÖNCƏ DEYİB”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya ərazisi ABŞ-İran hərbi qarşıdurması məkanına çevrilir. 

Suriya ərazisi ABŞ-İran hərbi qarşıdurması məkanına çevrilir.

TİA.AZ xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfərinə sayılı günlər qalmış ABŞ Suriya hökumət qoşununun hərbi kolonuna atəş açdı: “Bu kolona İran hərbçiləri başçılıq edirmiş. Buna görə də ABŞ hərbçiləri bu kolonu özləri uçun təhlükəli hesab edərək bombardman ediblər. Daha maraqlısı odur ki, ABŞ Suriyadakı İrana məxsus qüvvələri bombalayarkən Rusiyaya əvvəlcədən məlumat veribmiş”.

Politoloq qeyd edib ki, bununla da ABŞ İranın Suriyadakı iştirakından narazı olduğunu bildirib: “Eləcə də İran ABŞ-ın Suriyada deeskalasiya prosesinə qoşulmasının əleyhinədir”.

M. Əhmədoğlu bildirib ki, ən azı Rusiya İrana deyə bilərdi ki, öz hərbçilərini həmin ərazidən kənarlaşdır: “Rusiya deyir ki, İranla müttəfiqdir”.

Politoloq həmçinin vurğulayıb ki, Səudiyyə Ərəbistanında 50 dövlətin iştirakı ilə keçirilən görüşdə şiə məzhəbindən olan Azərbaycan yeganə iştirakçı idi. Politoloq əlavə edib ki, Trampın İslam dini ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan Prezidentinin 7-8 il öncə dedikləridir.

İlahə