Trampıın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

Trampıın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Klaudiya Tenni (Nyu-Yorkdan olan respublikaçı) ABŞ-ın keçmiş prezidenti Donald Trampı yenidən Nobel Sülh Mükafatına namizəd göstərib. Tribunainfo.az xəbər verir ki, bu barədə Fox News xəbər verib.

Amerikalı qanunvericinin fikrincə, Trampın təltif edilməli olduğu ləyaqət İsraillə BƏƏ və Bəhreyn arasında münasibətləri tənzimləyən sənədlərin, “İbrahim sazişlərinin” imzalanmasına dəstəkdir.

“Onilliklər ərzində bürokratlar, xarici siyasət ekspertləri və beynəlxalq təşkilatlar İsrail-Fələstin münaqişəsi həll edilmədən Yaxın Şərqdə əlavə sülh sazişlərinin əldə edilməsinin qeyri-mümkün olduğunu iddia edirlər. Prezident Tramp bunun belə olmadığını sübut etdi”, – deyə “Fox News” Tennin sözlərindən sitat gətirib.

İndiyədək Tramp üç dəfə Nobel Sülh Mükafatına namizəd olub.