Trampı Qüds qərarı verməyə o məcbur edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın Qüds qərarını qəbul etməyə onun ətrafı güclü təsir edib.

 

ABŞ Prezidenti Donald Trampın Qüds qərarını qəbul etməyə onun ətrafı güclü təsir edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı ABC televiziyası yayıb. Televiziya Trampa təsir edənlər sırasında xüsusilə vitse-prezidenti Maykl Pens və Respublikaçılar Partiyasının böyük maliyyə dəstəkçisi olan Şedlon Adelsonun yer aldığını bildirib.

Qeyd edək ki, Adelson hazırda rəsmi olaraq dünyanın ən varlı yəhudisi hesab edilir. 2014-cü ildə onun sərvəti 38 milyard dollar təşkil edib. Adelson Respublikaçılar Partiyasının daimi olaraq ən böyük donorlarından biridir. O, həmçinin, Buşun İraq siyasətinə və işğalına verdiyi dəstəyi ilə tanınır.

Adelsonun atası əslən Litvadan, anası isə Ukraynadan olan yəhudidir.