Trampdan Ukrayna açıqlaması: Uitkoff Rusiyaya satmağa çalışır

Trampdan Ukrayna açıqlaması: Uitkoff Rusiyaya satmağa çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Stiven Uitkoff sülh sazişini həm Ukrayna, həm də Rusiyaya satmalıdır”.

Tribuna xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Kremlin xüsusi nümayəndəsi Kirill Dmitriyev ilə telefon danışığının sızmasına belə reaksiya verib.

“Bu barədə eşitməmişəm, amma bu, adi bir şeydir. O, bunu həm Ukrayna, həm də Rusiyaya satmalıdır. Danışıqları aparanın işi budur”, – Ağ Evin rəhbəri bildirib.

ABŞ Prezidenti vurğulayıb ki, hər bir tərəf güzəştlərə getməli və nəyisə əldə etməlidir.