ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp İranla müharibənin mümkünlüyünü istisna etməyib.
O, bunu “Taym” jurnalına müsahibəsində bildirib.
Tramp Tehranla münaqişənin başlama ehtimalı barədə suala belə cavab verib:
“Hər şey mümkündür”.
Bununla belə, siyasətçi gələcəkdə İrana qarşı hansı addımların atıla biləcəyini dəqiqləşdirməyib. /Axar.az