ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan Ankarada öldürülən rus səfiri Andrey Karlovun ölümü ilə əlaqədar ilk şərh gəlib.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan Ankarada öldürülən rus səfiri Andrey Karlovun ölümü ilə əlaqədar ilk şərh gəlib.
TİA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Tramp rus səfirin qatili Mert Altıntaşı “radikal islam terrorçusu” adlandırıb.
“Radikal islam terrorçusu tərəfindən öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ailəsinə və sevənlərinə başsağlığı diləklərimizi çatdırırıq. Səfirin qatili bütün mədəni qaydaları pozdu”, – deyə Trampın açıqlamasında deyilir.
Qeyd edək ki, Türkiyə KİV-i Mert Altıntaşın Fəthullahçı Terror Təşkilatı ilə əlaqələrinin olduğunu bildirir.