ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhaniyə mesaj göndərib.
ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhaniyə mesaj göndərib.
TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Ruhanini çıxış edərkən ehtiyatlı olmağa çağırıb.
“Yaxşısı budur, o sözlərində ehtiyatlı olsun”, deyə Tramp jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, İslam inqilabının 38-ci ildönümü münasibətilə keçirilən bayram tədbirində prezident Həsən Ruhani “İrana hədə-qorxu gələnlər peşman olacaq” deyə çıxış edib.