ABŞ-İran münasibətlərindəki gərginlim davam edir.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı hər iki tərəf davamlı açıqlamalar verməkdədir.
Qeyd edək ki, ötən şənbə ABŞ-İran danışıqları Omanda keçirilmişdi. Tərəflər yenidən görüşməkl üçün razılığa gəlmişdilər. Dünən İtaliya bu görüşü Romada keçirilməsinə hazır olduğunu bəyan etsə də, İran tərəfi son anda bundan imtina edib. İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bildirib ki, onlar ABŞ-la danışıqları yenidən Omanda keçirməyə hazırdırlar.
Bu əsnada, ABŞ prezidenti Donald Tramp da açıqlama verib. O deyib ki, İranla problem həll edəcək gücdədir. “Mən İran problemini həll edəcəm. Bu, demək olar ki, asandır. İran nüvə silahı anlayışından qurtulmalıdır. Əgər çox sərt addımlar atmalı olsaq, nüvə obyektlərini vurmaqdan çəkinməyəcəyik”.
O, daha sonra vurğulayıb ki, İran onlarla oyun oynamaq istəyir: “Düşünürəm ki, onlar bizimlə oynayırlar. Çünki onlar bu ölkədə axmaq insanlarla danışıq aparmağa öyrəşiblər. Amma bunun əvəzini ağır şəkildə ödəməli olarlar”.
Fərda Uğur