ABŞ-ın yeni Prezidenti Donald Tramp daha bir maraqlı addımla gündəmə gəlib.
ABŞ-ın yeni Prezidenti Donald Tramp daha bir maraqlı addımla gündəmə gəlib.
TİA.AZ xəbər verir ki, o, Tvitter sosial şəbəkəsində ABŞ-da İstehlakçı Güvən İndeksinin artması münasibəti ilə özünü təbrik edib.
“Dekabrda ABŞ-da İstehlakçı Güvən İndeksi 4 xal artaraq 113,7-yə, yəni son 15 ildə ən yüksək həddə çatıb. Təşəkkürlər, Donald” – yazan Trampın bu paylaşmasına minlərlə şərh gəlib.
Onun özünü təbrik etməsi bəzi siyasətçilər və sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.