backend

Trampdan Çinlə bağlı geri addım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampla Çin Xalq Respublikasının sədri Si Tzinpin arasında telefon danışığı olub.  
Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampla Çin Xalq Respublikasının sədri Si Tzinpin arasında telefon danışığı olub. 

TİA.AZ xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, Tramp S.Tzinpinlə telefon danışığı zamanı “Vahid Çin” siyasətinə hörmətlə yanaşacağını deyib.

“Telefon danışığı davamlı və çox səmimi olub. Ölkə liderləri bir sıra məsələləri müzakirə ediblər. Prezident Tramp Si Tzinpinin xahişi ilə “Vahid Çin” siyasətinə hörmətlə yanaşmağa razılaşıb”-deyə məlumatda bildirilib.

Qeyd edək ki, ötən ilin dekabrında Çin rəhbərliyi Trampa ultimatum vermişdi. Donald Tramp “vahid Çin” siyasətindən imtina etsə, rəsmi Pekin ABŞ-ın düşmənlərini dəstəkləyəcəkdi. “The Global Times” qəzeti yazırdı ki, əgər Vaşinqton Tayvana silah satsa, Pekin ABŞ-ı öz tərəfdaşı saymayacaq: “Trampın təxribatlarına cavab olaraq Pekin ABŞ-ın düşmənlərini dəstəkləyəcək və hətta bu qüvvələrə hərbi yardım da edəcək”.

Tramp bundan öncə bəyan etmişdi ki, Vaşinqton “vahid Çin” siyasətinə bağlı olmalı deyil: “Mən “vahid Çin” siyasətini anlayıram, lakin mən anlamıram ki, əgər biz ticarət də daxil olmaqla bütün sahələrdə Çinlə razılığa gələ bilmiriksə, onda niyə bu siyasətə əməl etməliyik?”.

Ağ Ev indiyə qədər “vahid Çin” siyasətini yürüdüb və Tayvan adasını Çinin bir hissəsi kimi qəbul edib.