ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Trampın müşavirləri onu “Twitter” mikrobloqundan uzaqlaşdırıblar.
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Trampın müşavirləri onu “Twitter” mikrobloqundan uzaqlaşdırıblar.
TİA.AZ “The Hill”-ə istinadən xəbər verir ki, Tampın müşavirləri milyarderin sistematik olaraq mikrobloqunu siyasi rəqiblərinə qarşı istifadə etdiyinə görə müvəqqəti bağlayıblar.
KİV yazır ki, Tramp seçiciləri ilə “filtrdən keçirilməyən baxışları” bölüşdüyü üçün ara-sıra qalmaqallar yaşanıb.
Nəşrn məlumatına görə, Trampın “Twitter”-də izləyicilərinin sayı 13 milyondan çoxdur.
Qeyd ədək ki, ABŞ-da prezident seçkiləri noyabr ayının 8-də keçiriləcək.