TRAMPA QARŞI 3 YENİ İTTİHAM

TRAMPA QARŞI 3 YENİ İTTİHAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məxfi sənəd” istintaqı çərçivəsində yeni ittiham aktı hazırlanan ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı üç yeni ittiham irəli sürülüb.

Tribunainfo.az Gazete Duvar-a istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp “məxfi sənədlər” araşdırmaları çərçivəsində təqdim edilən yeni ittiham aktından sonra üç yeni ittihamla üzləşib.

Təqdim olunan yeni ittihamnamədə Donald Trampın sübutları dəyişdirməyə və ya məhv etməyə çalışdığı, başqasını buna təşviq etdiyi və Casusluq Qanununa əsasən yeni cinayət törətdiyi iddiaları yer alır.

Trampa qarşı “məxfi sənədlər” və “Konqresdə 6 yanvar reydi” araşdırmalarında xüsusi səlahiyyətli ekspert təyin edilən keçmiş baş prokuror Cek Smit 27 iyul cümə axşamı günü məxfi sənədlər işi ilə bağlı yeni ittihamnamə təqdim edib.

Prokuror iddia edib ki, Tramp sübutları dəyişdirməyə və ya məhv etməyə cəhd edib, başqasını buna təhrik edib və Casusluq Qanununa əsasən başqa bir cinayət törədib.