backend

“Trampa inanmayın, o….” – Moskvaya xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ prezidenti Donald Trampa Rusiya ilə dialoqu qurmaq kifayət qədər çətindir”. 

“ABŞ prezidenti Donald Trampa Rusiya ilə dialoqu qurmaq kifayət qədər çətindir”.

TİA.AZ “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Nüvə Tədqiqatları İnstitutunun direktoru, Vaşinqtondakı Amerika Universitetinin professor Piter Kuznik bildirib.

Onun sözlərinə görə, nüfuzlu Amerika siyasətçiləri və aparıcı KİV-lərin əksəriyyəti Rusiya ilə dialoqun qurulmasına qarşı çıxır.

“Rusiya ilə münasibətlərin normallaşması üçün Trampın geniş manevr sahəsi yoxdur. Siyasətçilərin əksəriyyəti və media dialoqa qarşıdır. Tramp prezident postuna namizəd olanda Rusiya və onun prezidenti haqqında müsbət şeylər danışırdı. O, prezident seçildikdən sonra seçkiqabağı kampaniyasında danışdıqlarını həyata keçirmədi. Məhz Rusiyadakı dostlarıma xəbərdarlıq edirdim ki, Trampın sözlərinə inanmayın”, – Kuznik deyib.

Professorun sözlərinə görə, bütün çətinliklərinə baxmayaraq, ABŞ və Rusiya mövcud gərginliyi azaltmağa məcburdur.

“Bir vaxtlar elə görünürdü ki, Ukrayna və Suriyada hərbi münaqişələr fonunda ölkələrimiz arasında müharibə riski var”, – ekspert yekunlaşdırıb.