Trampa impiçment elan edilməsi barədə petisiya 1 mln. səs toplayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampa impiçment elan edilməsi barədə petisiya 10 gün ərzində 1 milyondan çox səs toplayıb.
 

ABŞ prezidenti Donald Trampa impiçment elan edilməsi barədə petisiya 10 gün ərzində 1 milyondan çox səs toplayıb.  APA-nın “Axios” nəşrinə istinadən verdiyi xəbərə görə, oktyabrın 20-də needtoimpeach.com saytında dərc olunmuş petisiyanın təşəbbüskarı tanınmış milyarder və siyasi fəal Tom Stayerdir.  

 

“Donald Tramp bizi nüvə müharibəsinin astanasına gətirib çıxarıb. O ədalət məhkəməsinə daim əngəl yaradıb və başqa ölkələrin hökumətlərindən pul alıb. Biz bu cür təhlükəli prezident barəsində impiçment elan etməliyik”, – deyə petisiyada qeyd edilib.