backend

Trampa BÖYÜK ŞOK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp sağlamlıq islahatı layihəsini Konqresin razılığı olmadığına görə geri çəkib. 

ABŞ prezidenti Donald Tramp sağlamlıq islahatı layihəsini Konqresin razılığı olmadığına görə geri çəkib.

TİA.AZ xəbər verir ki, bu layihə Trampın ilk ciddi siyası imtahanı adlandırılırdı. Onun irəli sürdüyü qanunun qəbul edilməsi üçün 215 səs lazım idi. Ancaq layihə 28 nəfərin qarşı çıxması səbəbindən qəbul edilmədi.

Tramp təklif etdiyi layihənin qəbul edilməməsində Demokratlar Partiyasının təmsilçilərinin məsuliyyət daşıdığını deyib.

O, həmçinin mövcud sağlamlıq sığortası proqramının uğursuzluğa məhkum olduğunu bildirib.

Əslində, bu proqramı ləğv etmək Trampın seçki kampaniyası çərçivəsində qarşısına qoyduğu əsas məqsəd və verdiyi vədlərdən biri idi. Bu layihənin Konqresdə qəbul edilmədən geri göndərilməsi Tramp üçün böyük zərbə hesab edilir.

Yerli medianın yazdığına görə, bu layihənin, xüsusən yoxsulları çətin vəziyyətə salacağı, qadınların doğuma görə müayinəsinin əlçatanlığını çətinləşdirəcəyi və səhiyyə xərclərini hədsiz dərəcədə artıracağı gözlənilirdi.