Tramp Zelenskinin Ukraynaya səfər dəvətini rədd edibbackend

Tramp Zelenskinin Ukraynaya səfər dəvətini rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin Ukraynaya səfər dəvətindən imtina edib və böhranın həlli planlarından danışıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Die Zeit” məlumat yayıb.
“Zelenski ilə heç bir əlaqə olmayıb və keçmiş prezident Tramp açıq şəkildə bəyan edib ki, onun indi Ukraynaya getməsi yersizdir”, deyə nəşr Trampın seçki qərargahına istinadən yazıb.
Qəzet qeyd edir ki, Zelenski əvvəllər Trampdan Ukraynaya gəlməyi və sülh ideyalarını izah etməyi xahiş edib.
Bundan əvvəl Tramp seçkilərdə qalib gəlsə, Ukrayna münaqişəsini danışıqlar yolu ilə həll edəcəyinə söz vermişdi. Siyasətçi qeyd edib ki, onun Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskiyə dünya ilə paylaşmayacağı mühüm mesajları var. Tramp iddia edib ki, onun fikrincə, münaqişənin uğurlu həllinə gətirib çıxara biləcək fəaliyyət planı mövcuddur.
Qeyd edək ki, bir müddət əvvəl Tramp Ukrayna ilə bağlı Putinlə danışıqların mümkün olduğunu bildirmişdi.