Ukrayna xarici işlər naziri Sibiqa bildirib ki, Kiyev Tramp və Zelenski arasında görüş təşkil etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, məlumat teleqram kanallarında yayılıb.
Bununla yanaşı, o, görüşün dəqiq tarixini açıqlamaqda çətinlik çəkib. Sibiqa artıq liderlər arasında birbaşa əlaqənin qurulduğunu və bu dialoqun gələcəkdə də davam edəcəyinə ümid etdiklərini qeyd edib.
Məlumata görə, Tramp və Zelenski arasında ən azı bir telefon danışığı olub və Zelenski bu söhbəti “mükəmməl” adlandırıb.