Tramp yoxsa Harris? – azərbaycanlı deputat və partiya sədri seçim etdi

Tramp yoxsa Harris? – azərbaycanlı deputat və partiya sədri seçim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri dünya siyasətində mühüm dəyişikliklərə səbəb ola bilər. Seçkilərdə Demokrat Partiyasının namizədi Kamala Harris və Respublikaçıların keçmiş prezidenti Donald Tramp arasında gərgin mübarizə gözlənilir.
Ölkələr öz mövqelərini bildirərkən Azərbaycanın tnınmış simaları da öz seçimini etdi.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, Amerikada kimin prezident seçilməsi əslində bir az dərinə getdikdə Amerikanın köklü siyasətində dəyişiklik etmir.

Siyasətçinin sözlərinə görə, prezidentin kimliyi adətən bəzi xırda-para məsələlərdə şəxsi yanaşmalar fərqlilik edir. Ona görə də Tramp ya Harris fərq etmir… Biz Azərbaycana Amerika münasibətlərinə baxsaq görərik ki, elə aşağı-yuxarı eynidir.

“Bir çox hallarda deyilir ki, demokratlar seçilsə Azərbaycanda insan haqları və s… Hər halda Bayden dönəmində Azərbaycanda 9 və 7-ci düzəlişə təzədən fəaliyyətə başladılar və dondurmadılar. Bu baxımdan mənim üçün sözün düzü xüsusi bir anlamı yoxdur. Nəzərə alsaq ki, Tramp Harrisdən daha mühavizəkardır. Harris daha çox qlobalist ideologiyanın təmsilçisidir. Bu baxımdan təbii ki, Trampın seçilməyini istərdim. Ən azından Tramp gəlib ailə institutundan, valideyn ifadəsindən, ata-ana anlayışından mübarizə aparmayacaq. LGBT təbliğatına üstünlük verməyəcək. Amma Harris seçilsə yəqin ki, bu məsələlər bütün dünyada vüsət alacaq. Bütün dünyada bir ana xətt olacaq. Öhdəlik kimi dövlətlərin üzərinə də qoyula bilər. Ümid edirəm ki, Tramp seçilər. Dərinə getdikdə Azərbaycan üçün elə də fərqi yoxdur”.

Deputat Fazil Mustafa isə bildirib ki, Mən ABŞ dövlətinin daxili işlərinə qarışmıram. Kimi seçərlərsə bizim üçün əhəmiyyətli fərqi yoxdur, münasibətlərimizi lazımı səviyyədə qurmağa çalışmalıyıq.

Dəniz Pənahova