ABŞ Prezidenti Donald Tramp Rusiya neftinin idxalı və “yenidən satılması” üçün Hindistana rüsumları əhəmiyyətli dərəcədə artıracağını bildirib.
Tribunainfo.az xəbər verir ki, bunu Tramp “Truth” sosial şəbəkəsində yazıb.
“Hindistan nəinki böyük həcmdə Rusiya neftini alır, daha sonra onun böyük hissəsini açıq bazarda əhəmiyyətli gəlirlə satır. Bununla əlaqədar mən Hindistanın ödədiyi rüsumları əhəmiyyətli dərəcədə artıracağam”, deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Tramp ABŞ-nin Hindistana 25%-lik ticarət rüsumları tətbiq etdiyini bildirmişdi.
Tramp diqqəti Hindistanın hərbi texnikasının böyük hissəsini həmişə Rusiyadan aldığına da diqqət çəkib.