Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Lideri Donald Tramp Haaqada NATO sammiti çərçivəsində görüşüb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl hər iki lider Haaqada görüşməyi planlaşdırdıqlarını bəyan etmişdilər. Xüsusilə, bu gün D.Tramp V.Zelenski haqqında müsbət fikir bildirərək qeyd edib ki, onlar Ukrayna üçün problemli məsələləri müzakirə edəcəklər.