Almaniya kansleri Olaf Şolts Donald Trampın prezidentliyi dövründə ABŞ-nin Ukraynaya yardımının kəskin azalacağını gözləmir.Tribunainfo.az xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya kanslerinin dediyinə görə, tezliklə Trampın Ukraynaya yardımı dayandıracağını gözləmək doğru deyil: “Mən yaxın gələcəkdə ABŞ-nin Ukraynaya dəstəyinin dərhal azalacağını gözləmirəm. Biz uzunmüddətli perspektivdə nə olacağını görəcəyik”.
Kansler qeyd edib ki, onun fikri Trampın tezliklə münaqişənin həlli yolunu tapmaq və bu barədə Vladimir Putinlə danışmaq niyyətinə əsaslanır.
Şolts onu da vurğulayıb ki, müharibənin həlli ukraynalıların və Avropanın başı üzərindən həyata keçirilməməlidir.