Donald Trampın hakimiyyətə gəlişi ilə ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Azmerikanın səsi” məlumat yayıb. Xəbərdə deyilir ki, D.Trampın beynəlxalq yardsımların verilməsində 90 günlük fasilə barədə sərəncamı Ukraynaya hərbi yardım proqramlarına aid deyil.Məlumatda Pentaqona istinadla deyilir: “Ukraynaya təhlükəsizlik yardımı son xarici yardım sərəncamının məhdudiyyətlərinə tabe deyil, çünki bu məhdudiyətlər hərbi dəstəyə yox, yalnız inkişaf proqramlarına aiddir”.
“Amerikanın Səsi” qeyd edir ki, Co Bayden administrasiyası tərəfindən verilən USAI proqramı çərçivəsində Ukrayna üçün silah istehsalına dair müqavilələr qüvvədə qalır. Bundan əlavə, Trampın sərəncamı Baydenin elan etdiyi PDA proqramı çərçivəsində ABŞ anbarlarında qalan silahların Ukraynaya tədarükünə də təsir göstərmir.