Tramp Ukraynadakı müharibəni 24 saata deyil, 6 aya həll edəcək

Tramp Ukraynadakı müharibəni 24 saata deyil, 6 aya həll edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı müharibədə atəşkəsə nail olmaq üçün Vladimir Putinlə görüşmək lazım olduğunu bildirib.

 Tribunainfo.az-ın məlumatına görə, bu barədə o, ötən gün keçirdiyi mətbuat konfransında danışıb.

O, Putinlə görüşərək 6 ay ərzində atəşkəsə nail olacağına ümid etdiyini bildirib.

Tramp Ukraynadakı müharibəyə görə Baydenə qarşı bir sıra ittihamlar irəli sürüb: “Düşünürəm ki, onların bir razılaşması var idi və sonra Bayden onu pozdu, həm Ukraynanı, həm də hər kəsi qane edəcək bir razılaşması var idi, lakin Bayden dedi ki, yox, onlar NATO-ya daxil ola bilməlidirlər”.

Tram mətbuat konfransında müharibəni 24 saat ərzində bitirmək vədini xatırlamayıb.

“Ümid edirəm ki, altı ay… Mən altı aydan daha tez ümid edirəm. Qulaq asın, Rusiya çoxlu gənc itirir, Ukrayna da. Və başlamamalı idi. Bu müharibə başlamamalı idi. Sizə zəmanət verirəm ki, mən prezident olsaydım, bu müharibə başlamazdı”, – Tramp deyib.

Xatırladaq ki, seçki kampaniyası zamanı Tramp vəzifəyə başlayan kimi 24 saat ərzində müharibəni bitirəcəyini bəyan edib.