Tramp Ukrayna üçün nəsə qoparmasa, atəşkəs mümkün deyil – Ekspert

Tramp Ukrayna üçün nəsə qoparmasa, atəşkəs mümkün deyil – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Donbasın ilhaqı başa çatdırılmayıb. Bu status-kvo ilə atəşkəsə gedilməsi Rusiyaya da sərf etmir. Çünki Rusiyanın nəzərincə,” xüsusi hərbi əməliyyat” məqsədlərinə çatmayıb”. Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Ramiyə Məmmədova Trampın müharibəni necə dayandıracağı haqda suala cavabında deyib.

Onun fikrincə, ABŞ yardımı birdən kəsə bilməz və hərbi əməliyyatlar hələ bir müddət davam edəcək. Ekspert hesab edir ki, bu şəraitdə atəşkəs nə Rusiyanın, nə Ukraynanın hədəflərinə çatdığını göstərir: “Əgər Tramp atəşkəs barədə danışırsa, Rusiyadan Ukrayna üçün nələrisə qoparmalıdır. Yəni atəşkəs o demək deyil ki, Rusiya istədiyinə nail olur, Tramp Kiyevi pis vəziyyətə salır. Qarşılıqlı güzəşt olmalıdır”. Analitik gələn ilin ortalarına qədər müharibənin davam edəcəyini gözləyir. Onun sözlərinə görə, Trampın bir ayın içində müharibəni dayandırması mümkün deyil və bunu Kreml də açıqlayıb.

Roman