Tramp Ukrayna ərazilərinin qaytarılması ilə bağlı danışıqların aparılacağını açıqlayıb

Tramp Ukrayna ərazilərinin qaytarılması ilə bağlı danışıqların aparılacağını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika prezidenti Donald Tramp Rusiya Federasiyasının nəzarətinə keçən ərazilərin Ukraynaya qaytarılması ilə bağlı danışıqların aparılacağını açıqlayıb.

Tribunainfo.az -ın məlumatına görə, bunu ABŞ prezidenti Ağ Evdə Böyük Britaniyanın baş naziri Kir Stramerlə görüşündə çıxışı zamanı deyib.

“Biz bu haqda danışacağıq, görəcəyik ki, bunun çoxunu Ukraynaya qaytara biləcəyik”, – deyə o bildirib.

Bir gün əvvəl Tramp Ağ Evdə öz kabinetinin ilk iclasında konkret hansı kompromislərdən danışdığını dəqiqləşdirmədən Rusiya-Ukrayna münaqişəsinin uğurla həlli üçün Rusiyanın güzəştə getməli olacağını bildirib.

Hazırda Krım və Ukraynanın şərqində ölkə ərazisinin təxminən 20%-ni təşkil edən əhəmiyyətli ərazilər Rusiyanın nəzarəti altındadır.