TRAMP ÜÇÜN BUNLAR ÖNƏMSİZDİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tramp bu həftə enerji mövzusunda vacib bəyanatlar verəcək”. 

“Tramp bu həftə enerji mövzusunda vacib bəyanatlar verəcək”.


TİA.AZ xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. Onun sözlərinə görə, ABŞ bu sahədə strategiya dəyişikliyinə gedir:

“Əgər son illərə qədər məqsəd xarici mənbələrdən asılılığa son qoyulması, enerji müstəqilliyinə nail olunması idisə, indi yeni hədəf qlobal enerji bazarında dominant mövqelər əldə edilməsidir. Bu hədəf respublikaçıların ötən il Klivlenddə Trampın namizədliyinin rəsmən elan olunduğu qurultayında açıqlanan seçki platformasının önəmli müddəalarından biridir. Orada bildirilir ki, ABŞ OPEC ölkələri və Rusiyanın malik olduğu ehtiyatların toplamından daha böyük enerji ehtiyatlarına (neft, qaz, kömür) malikdir və bunların istismarının önü açılmalıdır”.


Ş.Cəfərli deyir ki, artıq bu istiqamətdə mövcud olan məhdudlaşdırıcı normativ baza aradan qaldırılır:

“Tramp üçün ekologiya, ətraf mühit, iqlim dəyişikliyi kimi problemlərin önəmi yoxdur. İqlim dəyişikliyi məsələsinin ABŞ-ın inkişafını ləngitmək məqsədilə Çin və digər dövlətlər tərəfindən uydurulduğuna inanır. Bu səbəblə, indiki administrasiya dönəmində neft-qaz yataqlarının aqressiv istismarı, yeni yataqların hasilata açılması, kömür istehsalının artımı gözləniləndir. Bunun sayəsində ölkə daxilində yeni iş yerlərinin yaradılacağı, iqtisadi inkişafa əlavə stimul veriləcəyi, ixracın genişləndirilməsi nəticəsində isə xarici ticarətdə kəsirin azaldılacağı düşünülür”.

Politoloqun fikrincə, ABŞ-ın bu siyasətinin dünya enerji bazarında qiymətlərə təsirini proqnozlaşdırmaq çətin deyil:

“Geosiyasi təsirlərə gəldikdə isə, əgər ötən dövrlərdə ABŞ enerji ilə zəngin bölgələrə nəzarət, nəqliyyat yollarının təhlükəsizliyi uğrunda mübarizə aparırdısa, indi bu sahədə mübarizə daha çox bazarlar uğrunda gedir və gedəcək. Maraqlı detal budur ki, bu mübarizə geosiyasi rəqiblərlə olduğu kimi, müttəfiqlərlə münasibətlərdə də problem yarada bilər və yaradır. Rusiya-Avropa Birliyinin ortaq layihəsi olan “Şimal axını-2” layihəsinin timsalında bunu görmək olar”.


İlahə