ABŞ prezidenti Donald Tramp İranla bağlı X platformasındakı mikrobloqunda paylaşım edib. Tribunainfo.az xəbər verir ki, o, İranda molla rejiminin dəyişəcəyinə işarə vurub.
Tramp bloqunda İranın öz əhalisini elektrik enerjisi və istiliklə təmin edə bilmədiyini qeyd edərək, onları bir növ ələ salıb. Ardından isə “Rejimlər belə yıxılır” sözlərini yazıb.