ABŞ prezidenti Donald Tramp İrana qarşı “maksimum təzyiq” kampaniyası çərçivəsində memorandum imzalayıb. Tribunainfo.az xəbər verir ki, bu barədə “Sky Nyus” telekanalı məlumat yayıb.
Həmin məlumatda deyilir ki, həmin sənəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və neft ixracını dayandırmaq məqsədi daşıyır.
Ekspertlərin rəyinə görə, bu memarandum İranın ciddi şəkildə sıxışdırılmasına gətirib çıxaracaq.
ABŞ prezidenti Tramp isə dünən açıqlamasında deyib ki, o, İranla müzakirələr aparmağa hazırdır. “Mənim tək istəyim odur ki, İran nüvə silahına sahib olmasın. Bu baş verərsə, dünya üçün fəlakət olar. Amma mən İran prezidenti ilə görüşməyə də hazıram”.