Tramp Tehrana 60 gün vaxt verdi

Tramp Tehrana 60 gün vaxt verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-la İran arasında şənbə günü görüş gözlənilir.

Tribunainfo.az xəbər verir ki, artıq tərəflər bu barədə razılığa gəldiklərini açıqlayıblar.
Lakin görüşün baş tutmama ehtimallarının qaldığı da deyilir. “Washington Post” qəzeti bu barədə yazıb ki, əgər İran birbaşa danışmaqdan imtina edərsə, müzakirəçi Stiv Whitaker Omana getməyəcək.
Dövlət departamentinin açıqlamasında isə Omanda keçiriləcək görüşdə danışıqlar aparılmayacağı qeyd edilir. Bildirilir ki, rəsmi Vaşinqton Tehranın fikirlərini dəqiqləşdirmək üçün bu toplantını təşkil edib.
İsraildə yayınlanan “Kanal12” TV isə bu günlərdə ABŞ-da səfərdə olan baş nazir Benyamin Netenyahu ilə Tramp arasında əldə olunmuş razılaşmalardan bəhs edib. Kanal bildirib ki, Tramp İranla nüvə müzakirələri üçün 60 günlük müddət təyin edib. “Bu barədə Netenyahuya da məlumat verib. Həmin 60 gün ərzində hərbi gücdən istifadə məsələsi gündəmdə olmayacaq”.
Bu əsnada, İran tərəfi də müəyyən addımlar atmağa başlayıb. İranın XİN başçısı Abbas Ərqaçı bildirib ki, onlar Omanda vasitəçi ilə danışıqlara gedəcəklər. O, həmçinin ABŞ-a mesaj göndərib ki, hərbi dillə danışmağı yığışdırsın. “

Fərda Uğur