ABŞ-da prezident seçkiləri zamanı üç ştatda ciddi pozuntulara yol verilib. ABŞ-da prezident seçkiləri zamanı üç ştatda ciddi pozuntulara yol verilib.
TİA.AZ xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp öz “Tvitter” mikrobloqunda yazıb.
“Virciniya, Nyu-Hempşir və Kaliforniyada ciddi pozuntulara yol verilib. Bəs nəyə görə KİV-lər bu barədə məlumat yazmır? Bu kimi təhrif – böyük problemdir”, -deyə Tramp qeyd edib.
Bundan əvvəl Tramp milyonlarla seçicinin qeyri-qanuni olaraq Klintona səs verdiyini bəyan edib.
Qeyd edək ki, Yaşıllar Partiyasının namizədi Cil Stayn Viskonsin ştatında seçici səslərinin yenidən sayılmasına dair seçki komissiyasına müraciət edib.
Bu ilin noyabr ayının 8-ində ABŞ-da keçirilən seçkilərdə Donald Tramp əsas rəqibi Hillari Klintona qalibgələrək prezident seçilib.