Tramp: “Savaşda deyilik, bizim axmaqlar müharibəni illər öncə uduzub”

Tramp: “Savaşda deyilik, bizim axmaqlar müharibəni illər öncə uduzub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan məhsullara 25 faiz gömrük rüsumu tətbiq etməsindən sonra ABŞ-Çin münasibətlərinin gərginləşməsindən danışıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, “Twitter”də açıqlama verən Tramp Çinlə ticarət müharibəsi aparmadıqlarını bildirib.
“Çinlə ticarət müharibəsi aparmırıq. Bu savaşı ABŞ-ı təmsil edən bacarıqsız insanlara görə illər öncə uduzmuşuq. Hazırda 300 milyard dollar ticarət kəsirimiz var. Bunun davam etməsinə icazə verməyəcəyik”
Qeyd edək ki, ABŞ Ticarət Nümayəndəliyi tərəfindən yayımlanan sənədə görə, ABŞ Çindən idxal olunan 1300 məhsula 25 faiz gömrük rüsumu tətbiq etməyi planlaşdırır. Çin isə bunun qarşılığında ABŞ-dan idxal edilən 106 növ məhsulun gömrük tariflərini artıracağını açıqlayıb.