ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı bir sıra sanksiyaları bir il müddətinə uzadıb. Tribunainfo.az ТАСС.-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Söhbət Vaşinqtonun 2022, 2018 və 2014-cü illərdə Ukraynadakı vəziyyətlə bağlı tətbiq etdiyi sanksiyalardan gedir . Ağ Ev qeyd edib ki, Tramp bu məhdudlaşdırıcı tədbirlərin 6 mart 2025-ci ildən sonra qüvvədə qalması qənaətinə gəlib.
Əvvəllər Amerika lideri gələcəkdə Rusiyaya qarşı sanksiyaların ləğvinə icazə versə də, hələlik onlar qüvvədə qalır. O, sanksiyaların nə vaxtsa aradan qaldırılacağını bildirib, lakin hazırda Vaşinqton heç kimə qarşı sanksiyaları ləğv etməyə razı olmayıb.
İmran Kərimli