Tramp: Rusiya ilə heç bir sövdələşmə olmayıb

Tramp: Rusiya ilə heç bir sövdələşmə olmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun seçki qərargahının üzvləri yanlış hərəkətlərə yol verməyiblər və Moskva ilə hər hansı bir “razılaşma” olmayıb.

TİA.AZ-ın məlumatına görə, bu barədə prezident Donald Tramp öz “Twitter” səhifəsində yazıb.

 “Rusiya antiamerika kampaniyasına 2014-cü ildə başlayıb və mən prezidentliyə namizədliyimi bundan xeyli əvvəl elan etmişəm. Seçkilərin nəticələrinə təsir olmayıb. Trampın kampaniyası heç bir yanlış iş görməyib. Sövdələşmə olmayıb”, – Tramp yazıb.

Qeyd edək ki, daha əvvəl ABŞ xüsusi prokuroru Robert Müller “seçkilərə müdaxilə”yə görə 13 Rusiya vətəndaşı və 3 Rusiya şirkətinə qarşı ittiham irəli sürüb.