Tramp qalib gəlsə, Ukrayna uduzacaq – Ekspert

Tramp qalib gəlsə, Ukrayna uduzacaq – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər Tramp qalib gəlsə, Ukrayna uduzacaq”. Bu proqnozu Tribunainfo.az-a siyasi şərhçi Ramiyə Məmmədova verib. Onun fikrincə, Vaşinqtonun Kiyevə dəstəyi zəifləyəcək. Ekspert hesab edir ki, Tramp münaqişənin əleyhinədir və ölkənin müdafiə xərclərinin Kiyevə verilməsinə qarşıdır. Təhlilçinin sözlərinə görə, olduqca kritik bir seçkidir və Harris qalib gələcəksə, Ukraynaya dəstək ən azı indiki səviyyədə saxlanacaq: “Sözsüz ki, Amerikada Trampa təzyiqlər olacaq və dəstəyi artırmağa məcbur edəcəklər. Lakin bütün hallarda müharibədə Ukraynaya mənfi təsir göstərəcək”.
Eskpert Harrislə müqayisədə Trampın daha az ermənipərəst olduğunu düşünür, Azərbaycan üçün münasib namizəd sayır, son addımlarını isə “erməni səsi”ni qazanmağa hesablanmış seçki kampaniyası adlandırır.
Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp bütün “tərəddüd edən” ştatlarda rəqibi Kamala Harrisi qabaqlayır.
Bu barədə “AtlasIntel”in sorğu məlumatlarında göstərilib. Qeyd olunub ki, Tramp hər ştatda Harrisi ən azı 1 faiz qabaqlayır. Respublikaçı namizədin ən böyük üstünlüyü Arizona və Nevadadadır.
Eyni zamanda, Amerikanın Viskonsin, Miçiqan və Pensilvaniya ştatlarında Tramp öz rəqibini müvafiq olaraq 1,3%, 1,5% və 1,7% qabaqlayır. Bundan əlavə, Harris öz rəqibindən Corciyada 1,8%, Şimali Karolinada isə 3,6% geridə qalıb.

Roman