ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra senatorların tənqidinə məruz qalıb
Belə ki, demokratlardan olan senator Kris Merfi Ağ Ev rəhbərinin bu səfərini ABŞ-ın ünvanına “nalayiq jest” adlandırıb.
“Bu səfər prezident Tramp tərəfindən öz ölkəsinə göstərilən böyük orta barmaqdır”, – Merfi “Twitter” hesabında yazıb.
Bununla yanaşı, ABŞ Senatında olan demokratların lideri Çak Şumer hər iki nəhəng ABŞ partiyasını Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb.
Şumer bildirib ki, danışıqlarda iştirak edən Tramp administrasiyasının əməkdaşları ABŞ Konqresində ifadə verməlidir.