Tramp Putinlə bağlı düyməni basdı: Öldürücü qərar

Tramp Putinlə bağlı düyməni basdı: Öldürücü qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp hökuməti Rusiyaya qarşı ilk sanksiyalarını açıqladı.

ABŞ Maliyyə Nazirliyi Rusiyanın 2 böyük enerji şirkəti – “Rosneft” və “Lukoil”a qarşı (34 törəmə şirkətləri ilə bərabər) total sanksiyaların tətbiqi barədə qərar qəbul edib. Bazarın bu qərara reaksiyası – neftin bahalaşması sanksiyanın ciddi olduğunu göstərir.

Tribunainfo.az yazır ki, bu barədə siyasi şərhçi Şahin Cəfərli bildirib. Onun sözlərinə görə, Bayden dövründə, o da prezidentliyinin son həftələrində, cəmi 2 Rusiya şirkətinə – “Qazpromneft” və “Surqutnefteqaz”a qarşı bu tip sanksiya tətbiq olunmuşdu:

“Prezident Tramp öz növbəsində Putinlə planlaşdırılan görüşü ləğv edib. (Bu görüşdən öz seçkiqabağı təbliğatında faydalanmaq istəyən Viktor Orban üçün pis xəbər). ABŞ maliyyə naziri Bessent bildirib ki, Rusiya mövcud təmas xəttində atəşkəsə razılaşmasa, sanksiyalar genişləndiriləcək”.

Ş. Cəfərli bildirib ki, daha bir vacib xəbər Rusiyanın 20 min ukraynalı uşağı oğurlaması səbəbi ilə terrorçu dövlət kimi tanınması haqqında qanun layihəsinin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində yekdilliklə qəbuludur:

“Putini sülhə gətirmək üçün 9 aylıq cəhdləri nəticə vermədikdən sonra Tramp Rusiyaya qarşı təzyiq siyasətinə keçməyə məcbur oldu. Bunu əslində ənənəvi siyasətə dönüş kimi qiymətləndirmək lazımdır”.

Gülşən Rəsul