ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kremllə ticarət predmeti kimi Barak Obama administrasiyası tərəfindən Rusiyaya qarşı qəbul sanksiyalardan istifadə edəcək.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kremllə ticarət predmeti kimi Barak Obama administrasiyası tərəfindən Rusiyaya qarşı qəbul sanksiyalardan istifadə edəcək.
TİA.AZ xəbər verir ki, bunu beynəlxalq və hüquqi məsələlər üzrə ekspert Andrey Buzarov Ukraynanın “Obozrevatel” nəşri üçün yazıb.
“Bütün məna bundan ibarətdir ki, Tramp Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyalardan Rusiya ilə ticarət predmeti kimi istifadə edəcək. Yəni, Rusiya bu sanksiyaların ləğvini istəyəcəksə, ABŞ-ın yeni administrasiyasına hansısa güzəştlərə getməlidir. Bu, hiyləgər oyundur. Onun hədəfi ABŞ-ın maraqları üçün dividentləri ucuz almaqdır”, – deyə Buzarov bildirib.
Eyni zamanda, o, qeyd edib ki, bütün bu hadisələr ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin Rusiya-ABŞ münasibətlərinin normallaşması üzrə planı ilə bağlı deyil.
Daha əvvəl Tramp administrasiyasına yaxın Qərbi Avropa diplomatik mənbələrinə istinadən Almaniyanın “Bild” qəzeti yazıb ki, Henri Kissincer ölkənin yeni seçilmiş prezidenti Donald Trampın Moskva ilə münasibətlərinin normallaşması üzrə plan hazırlayacaq və iki ölkə arasında vasitəçi olacaq.