“Tramp prezident olmuş ilk rasistdir!” – Bayden

“Tramp prezident olmuş ilk rasistdir!” – Bayden

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demokrat Partiyasından Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentliyinə namizəd Co Bayden prezdent Donald Trampı seçicilərlə keçirdiyi onlayn görüş zamanı rasizmdə günahlandırıb.

Trampa münasibəti barədə suala cavab verərkən, Bayden qeyd edib ki, o, koronavirus üçün «Çin virusu», «Uhan virusu» adları uydurub . Onun insanlarla bu cür ünsiyyət tərzini «mütləq mənfi» adlandırıb.

Bayden həm də qeyd edib ki, ABŞ-da rasistlər olub ki, prezident seçilməyə cəhd ediblər, ancaq bacamayıblar. Tramp buna nail olmuş «ilk rasisdir».

Bundan sonra sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, ABŞ-ın bir neçə prezidenti, birinci prezident Corc Vaşinqton da daxil olmaqla, qul sahibkarı olublar.  28-ci prezident demokrat Vudro Vilson (1913-1921) isə sesreqasiya ideyasını dəstəkləyib və buna görə də adı Priston universiteti nəzdindəki məktəbdən götürülüb.

Trampa qarşı rasizm ittihamı həm də onun əvvəlki seçki kampaniyası (2015-2016) dövründə irəli sürülüb.