Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasından kifayət qədər nümayəndəyə çataraq namizədliyini təmin edən keçmiş ABŞ prezidenti Donald Tramp internet vasitəsilə İncil satışına başlayıb. Fırıldaqçılıq işlərində aldığı cərimələrlə üzləşdiyi bir vaxtda bu yaxınlarda İncil satmağa başlayan Tramp İncil alıcılarına Konstitusiya kitabçası da göndərir.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Tramp özünün “Truth Social” sosial media hesabında yayımladığı videoda seçicilərini İncil almağa çağırıb.
Tramp yazısında bu həftə qeyd olunacaq “Yaxşı Cümə” və “Pasxa” bayramlarına toxunaraq deyib: “Müqəddəs Həftəniz Mübarək! Gəlin Amerikaya yenidən ibadət edək. Yaxşı Cümə və Pasxa bayramlarına yaxınlaşdıqca, sizi oxumağa dəvət edirəm”.
Tramp postunda yayımladığı videoda “Bütün amerikalıların evlərində İncil lazımdır, mənim də çoxlu kitablarım var. Bu, mənim ən çox sevdiyim kitabdır. Sizi bu İncili almağa dəstək olmaqdan və təşviq etməkdən qürur duyuram” deyib.