Tramp ona verilən mətni oxumadı, istədiklərini dedi – Aləm bir-birinə dəydi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı öz məsləhətçilərinin sözünə baxmayıb.
 ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı öz məsləhətçilərinin sözünə baxmayıb.Publika.az xəbər verir ki, bu haqda Amerika liderinin yüksək vəzifəli məsləhətçiləri “Los Angeles Times” nəşrinə danışıblar.Məlumata görə, prezidentə bir gün əvvəl verilən çıxışın qaralama variantında Şimali Koreya və onun lideri Kim Çen Inın ünvanına deyilən ifadələr yer almamışdı. Söhbət “raket insan” və “tamamilə məhv etmək” ifadələrindən gedir.Məsləhətçilərin sözlərinə görə, onlar Trampdan xahiş ediblər ki, öz çıxışında Koreya Xalq Demokratik Respublikasının liderinin ünvanına təcavüzkar ritorikadan çəkinsin.”Belə ciddi səviyyədə təhqirlər ABŞ və Şimali Koreya arasında gərginliyə gətirib çıxara və danışıqların aparılması ehtimalını tamamilə aradan qaldıra bilər”, – məsləhətçilər Trampa xəbərdarlıq ediblər.Qeyd edək ki, Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasında ümumsiyasi müzakirələrin gedişatında çıxışı zamanı Şimali Koreyanı liderini “raket insan” adlandırıb. Bundan başqa, o Şimali Koreyanı məhv etməklə hədələyib.”Birləşmiş Ştatlar böyük gücə və səbrə malikdir. Amma əgər özümüzü və müttəfiqlərimizi müdafiə etmək lazım olarsa, Şimali Koreyanı məhv etməkdən başqa seçimimiz qalmayacaq”, – Amerika lideri bildirib.