ABŞ Prezidenti Donald Tramp ölümündən sonra cənnətə düşmək istədiyini və buna Ukraynada müharibənin dayandırılması istiqamətində atdığı addımların kömək edə biləcəyini bildirib.
Tribunainfo.az xəbər verir ki, o, bu barədə “Fox News”a müsahibəsində deyib.
“Əgər hər həftə minlərlə insanın öldürülməsinin qarşısını ala bilsəm, bu böyük uğur olar. Mən cənnətə düşmək istəyirəm və düşünürəm ki, münaqişənin həlli bu yolda səbəblərdən biri ola bilər”, – o qeyd edib.
O, həmçinin qeyd edib ki, prezidentliyi dövründə Hindistan və Pakistan arasındakı gərginliyi danışıqlar yolu ilə azaldaraq mümkün müharibənin qarşısını alıb.