ABŞ prezidenti Donald Tramp çərşənbə günü ölkənin dövlət borcunun demokrat xələfi Barak Obamanın zamanında iki dəfə artdığını xatırladıb.
ABŞ prezidenti Donald Tramp çərşənbə günü ölkənin dövlət borcunun demokrat xələfi Barak Obamanın zamanında iki dəfə artdığını xatırladıb.
TIA.AZ TASS-a istinadən xəbər verir ki, o bunu “Twitter” hesabında yazıb.
“Demokratların dövlət borcu haqqında söhbətlərini eşitmək gülməlidir, halbuki sabiq prezident Obama onu səkkiz il ərzində iki dəfə artırıb”, – deyə Amerika lideri qeyd edib.
Sentyabrın 20-də ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 20 trilyon dolları ötüb.