ABŞ prezidenti Donald Tramp öz sələfi Barak Obamanı Rusiyanın güclənməsinə imkan verməkdə ittiham edib.
ABŞ prezidenti Donald Tramp öz sələfi Barak Obamanı Rusiyanın güclənməsinə imkan verməkdə ittiham edib.
TİA.AZ “Reuters” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bu haqda “Tvitter”də yazıb.
“Səkkiz il ərzində Rusiya Obamanı sığalladı, daha güclü oldu. Nəticədə Krımı ilhaq etdi və raketlərin sayını artırdı. Zəif!” – dövlət başçısı qeyd edib.
Ağ Evin sahibi daha əvvəl də Obamanı zəiflikdə ittiham edib. “Rusiya Obamanın dövründə Krımı tutdu. O, Rusiya ilə çox yumşaq deyildimi?” – Tramp fevralın 15-də “Tvitter”də yazıb.