Tramp: Müsəlmanları sevirəm

Tramp: Müsəlmanları sevirəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp müsəlmanlara nifrət etdiyi barədə yayılan məlumatları yalan adlandırıb.

TİA.AZ məlumatına görə, amerikalı lider bu barədə Böyük Britaniya televiziyasına müsahibəsində deyib.

“Müsəlmanlardan nifrət edirsinizmi?” – sualına D.Tramp “Yox, bu yalandır” – deyə cavab verib.

ABŞ prezidenti əlavə edib: “Mən bütün insanları sevirəm, amma əgər insanlar pisdirsə, bunun üçün cəza olmalıdır. Mənim müsəlmanlarla yaxşı münasibətlərim var və mən prezident seçkiləri ərəfəsində müsəlmanlardan dəstək görmüşəm”.