“Jurnalistlər tez-tez mənimlə əlaqəsi olmayan biznes layihələrini də adımla bağlayır. Real olaraq sahib olduğum biznes fəaliyyətinə gəlincə, hazırda “Bank VTB” ilə vəziyyətin tam həllinə qədər işlərimi dayandırmaq məcburiyyətində qalmışam”.
“Jurnalistlər tez-tez mənimlə əlaqəsi olmayan biznes layihələrini də adımla bağlayır. Real olaraq sahib olduğum biznes fəaliyyətinə gəlincə, hazırda “Bank VTB” ilə vəziyyətin tam həllinə qədər işlərimi dayandırmaq məcburiyyətində qalmışam”.
TİA.A xəbər verir ki, bunu Azərbaycanlı iş adamı Telman İsmayılov APA-ya müsahibəsində deyib.
“Siz Donald Trampla şəxsən tanışsınızmı?” sualına cavabında : “Amerikada olarkən Tramp məni evinə dəvət edib. O zamandan bizim uşaqlarımız dostluq edirlər və bir-birilərinə qonaq gedirlər. Mən sadə biznesmenəm. Yalnız bizneslə məşğul oluram. Heç bir zaman və heç bir siyasi partiyaya və ya təşkilata qoşulmamışam”.
Telman İsmayılov bildirib ki, harada yaşamaqlarından asılı olmayaraq, azərbaycanlılar birləşməli və bir-birlərinə dəstək olmalıdırlar: “Tam səmimi deyirəm ki, azərbaycanlılar bir liderin ətrafında birləşməlidirlər və bütün işlərində ona dəstək olmalıdırlar. Azərbaycan prezidenti İlham Əliyevə qarşı çıxan istənilən şəxsi mənə qarşı çıxmış hesab edirəm. Mən tez-tez Azərbaycanda oluram. Azərbaycanın dəyişdiyini və inkişaf etdiyini görürəm. Azərbaycana çoxlu turist axını başlayıb. Hesab edirəm ki, Bakı turizm baxımından gözəl perspektivli şəhəridir. Bura daha çox turistlər gəlməlidir və inanıram ki, belə də olacaq. Bu dəyişikliklər məni özünə cəlb edir. Dayanmaq olmaz və Azərbaycanın indiki lideri bunu anlayır, bunun üçün əlindən gələni edir”.