“Tramp marşrutu Rusiya və İrana fayda gətirəcək” – Paşinyan

“Tramp marşrutu Rusiya və İrana fayda gətirəcək” – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tramp marşrutu” üzrə imzalanan bəyannamə İran və Rusiya üçün nəzərəçarpacaq üstünlüklər yaradır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, saziş həyata keçirildiyi halda İran Fars körfəzindən Qara dənizə dəmir yolu ilə çıxış əldə edəcək. Bundan əlavə, həm Rusiya, həm də İran iki ölkə arasında birbaşa dəmir yolu əlaqəsi qura biləcək.

Paşinyan hesab edir ki, Moskva və Tehran Azərbaycanla sülh sazişinin imzalanmasına və Amerikanın iştirakı ilə tranzit dəhlizinin açılmasına mane olmayacaq.