Tramp LGBT ilə mübarizəyə başlayırbackend

Tramp LGBT ilə mübarizəyə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Tramp dünyada hazırda bilərəkdən yayılan və bəşəriyyəti məhv etməyə yönələn istiqamətlərə qarşı mübarizəyə başlayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan politoloq Zaur Məmmədov qeyd edib ki, Tramp transgenderlərə qarşı genişmiqyaslı kampaniya elan edib:

“— “Cinsi dəyişdirmə əməliyyatları”nın maliyyələşdirilməsini dayandırır;

— Ölkə daxilində uşaqlar üçün “cinsiyyət dəyişdirmə əməliyyatı” qadağan edilir;

— Xəstələrə uşaqlar üzərində “cins dəyişdirmə əməliyyatları” aparmış “həkimlər” adlanan şəxsləri məhkəməyə verməyə imkan verir;

— Federal hökumətin yalnız doğum zamanı təyin edilmiş “kişi” və “qadın” cinslərini tanıdığını müəyyən edir.

— O, həmçinin federal qurumlara bütün yaşlar üçün “gender keçidini” təşviq etməyi və ya maliyyələşdirməyi qadağan edən bir sərəncam verəcək.

Qeyd edim ki, məhz Qərbin siyasətbazları tərəfindən son zamanlar LGBT adı altında insanlığa ciddi şəkildə zərbələr vurulurdu. ABŞ-nin bu proseslərdə önəmli rola malik olduğunu nəzərə alsaq Ağ Evin bu proseslərlə bağlı nə edəcəyi önəmlidir”.

Nigar