“Yüzlərlə vətəndaşımızın itkisinin acısını yaşayırıq. Yaralanan şəxslərə bunu demək istəyirəm: sizlər üçün dua edirik, Tanrının sizə kömək etməsini diləyirəm”.
“Yüzlərlə vətəndaşımızın itkisinin acısını yaşayırıq. Yaralanan şəxslərə bunu demək istəyirəm: sizlər üçün dua edirik, Tanrının sizə kömək etməsini diləyirəm”.
APA-nın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Las-Veqas şəhərində baş vermiş terror aktı ilə bağlı çıxış edərkən deyib.
ABŞ prezidenti bildirib ki, terror aktından sonra dövlət bayrağının yarıya qədər endirilməsi ilə bağlı tapşırıq verib: “Çərşənbə günü Las-Veqasda hadisə qurbanlarının ailələri, habelə hadisəyə dərhal müdaxilə edən təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə görüşümüz keçiriləcək. Bizi inancımız, ailələrimiz və ortaq dəyərlərimiz birləşdirir”.
Qeyd edək ki, bu gecə “Madalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 50-dən çox insan ölüb, təxminən 400 nəfər yaralanıb. Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görüb özünü öldürüb. Onun 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib. İŞİD terror təşkilatı hadisənin məsuliyyətini öz üzərinə götürüb. İŞİD bəyan edib ki, hadisəni törədən şəxs bir neçə ay öncə İslamı qəbul edib.